Bakıda "Qazel"lə motosiklet toqquşub.
Medianews.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Rafiz Qurbanovun idarə etdiyi "Qazel" markalı avtomobil hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Məhəmməd Mirzənin idarə etdiyi "Tufan" markalı motosikletlə toqquşub.
Qəza nəticəsində motosikletdə olan sərnişin Nihat Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Motosikletin sürücüsü Məhəmməd Mirzə isə aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.