Medianews.az
Çörək UCUZLAŞA bilər –
94 baxış

Çörək UCUZLAŞA bilər – Əhalinin GÖZLƏNTİSİ

Hörmüz boğazında gərginliyin azalması və gəmiçiliyin bərpa olunması qlobal enerji bazarlarında müəyyən sabitlik yaradıb. Bu vəziyyət neft və daşınma xərclərinin aşağı düşməsinə təsir göstərə biləcəyindən, dünya bazarlarında bir sıra məhsulların, o cümlədən buğdanın qiymətinə də təsirsiz ötüşmür. Bu barədə Cebhe.info yazıb. Digər tərəfdən, enerji və ərzaq qiymətlərində baş verən dəyişikliklər təkcə istehlak bazarı ilə məhdudlaşmır, ümumi iqtisadi proseslərə də təsir edir. Bu baxımdanqlobal bazarlardakı qiymət enişlərinin Azərbaycanın inflyasiya göstəricilərinə, əhalinin alıcılıq qabiliyyətinə və biznes mühitinə necə təsir göstərə biləcəyi maraq doğuran məsələlərdən biridir.

Azərbaycanda buğda və çörək qiymətləri ucuzlaşa bilərmi?

Xalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın  stimullaşdırılmasıdır”

İqtisadçı Xalid Kərimlinin fikrincə, neft qiymətlərinin buğda qiymətinə birbaşa təsiri yoxdur. Musavat.com-a şərhində ekspert qeyd edib ki, bu təsir gübrə vasitəsilə olur: “Buğda üçün zəruri olan gübrə və dərman xərcləri artdıqda hər hansı təsir mümkündür. Neftin qiyməti 100-120 dollar olanda belə çörək bahalaşmadı. Buna görə də qiymətin aşağı düşəcəyini gözləmək doğru deyil. Digər tərəfdən, logistik xərclərin aşağı düşməsi üçün müəyyən müddət lazımdır. Üstəlik, qiymətlər növbəti müqavilələrdən də asılıdır. Buğda bazarında qiymət razılaşmaları fyuçers müqavilələri əsasında tənzimlənir. Gələcəkdə neftin qiymətinin aşağı düşməsi ilə logistik xərclər də azala bilər, nəticədə əksər məhsulların qiymətində eniş ola bilər”.

Bizə qoşulun