2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 44,5 milyard dolları ötüb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, alış-verişin 70,55 faizi 10 ölkənin payına düşüb.
İtaliya ticarət dövriyyəsinin 25,21 faizi ilə birinci, Türkiyə 11,66 faizi ilə ikinci, Rusiya 10,11 faizi ilə üçüncü yerdə qərar tutub.
Medianews.az bildirir ki, Çin 9,45, ABŞ 3,06, Almaniya 2,91, Böyük Britaniya 2,33, Avstraliya 2,01, İsveçrə 2, Çexiya 1,81 faizlə göstərilir.
Medianews.az