Medianews.az
Dünyaca məşhur fotoqraf
103 baxış

Dünyaca məşhur fotoqraf axtarışa verildi

İstanbul Baş Prokurorluğunun davam etdirdiyi narkotik istintaqı çərçivəsində dünyaca məşhur fotoqraf Mert Alaş, barəsində artıq axtarış qərarı olan Kasım Qaripoğlunun qardaşı Fatih Qaripoğlu və onun biznes ortağı Gökmen Kadir Şeynova haqqında axtarış elan edilib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, adıçəkilən şəxslər “narkotik və ya psixotrop maddələrin istehsalı və ticarəti” ittihamı ilə axtarışa verilib.

İstintaq çərçivəsində Gökmen Kadir Şeynovanın Beşiktaşda, Fatih Qaripoğlunun isə Sarıyerdə yerləşən evlərində axtarış aparılıb, bəzi materiallar müsadirə edilib.

“İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlara yönəlmiş narkotik istintaqı çərçivəsində Fatih Qaripoğlu, Gökmen Kadir Şeynova və Mert Alaş barəsində həbs qərarı çıxarılıb”, - İstanbul Baş Prokurorluğunun yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, istintaq çərçivəsində daha əvvəl Kasım Qaripoğlu və Burak Ateş barəsində də “narkotik maddə təmin etmə”, “istifadəsini asanlaşdırma” və “istifadə” ittihamları ilə həbs qərarı verilmişdi.

Kasım Qaripoğlu “Garipoğlu” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Hayyam Qaripoğlunun oğlu və 2009-cu ilin martında baş verən Münevver Karabulut cinayətində şübhəli bilinən Cem Qaripoğlunun əmisi oğludur. Hayyam Qaripoğlu isə daha əvvəl “cinayətkara kömək etmə” ittihamı ilə 3 il azadlıqdan məhrum edilmişdi.

Əlavə edək ki, dekabrın 18-də müğənni Aleyna Tilki, aktrisa İrem Sak, sosial media fenomeni Danla Bilic və Mümine Senna Yıldız istintaq çərçivəsində saxlanıldıqdan sonra sərbəst buraxılıblar.

Bizə qoşulun