Medianews.az
Bu tarixdən metroda
114 baxış

Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz

İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, aprelin 1-dən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağası qüvvəyə minir.

Medianews.az  musavat.com-a istinadla xəbər verir ki, qaydaya əməl etməyənlər 30 manat cərimə olunacaqlar.
Metropoliten rəhbərliyi sərnişinlərə müraciət edib: “Unutmayın ki, qaydalar hər bir sərnişinin sağlamlığı və rahatlığı üçün nəzərdə tutulub. Gəlin ictimai nəqliyyatda sağlam mühiti birlikdə qoruyaq. Daha rahat səfər üçün qaydalara riayət edək”.

Bizə qoşulun