Medianews.az
DÇ-2026: Yamal növbəti matçda oynayacaq? -
87 baxış

DÇ-2026: Yamal növbəti matçda oynayacaq? - qərar AÇIQLANDI

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente hücumçu Lamin Yamalın fiziki durumu barədə danışıb.

Medianews.az xəbər verir ki, mütəxəssis DÇ-2026-nın qrup mərhələsində Səudiyyə Ərəbistanına qarşı keçiriləcək oyunda gənc futbolçunun təxminən 45 dəqiqə oynaya biləcəyini bildirib.

“Düşünürəm ki, bəli. Təxminən 45 dəqiqə meydanda ola bilər”, – deyə De la Fuente qeyd edib.

Xatırladaq ki, Yamal mövsümün sonunda bud əzələsindən zədə almışdı.

Medianews.az

Bizə qoşulun