Medianews.az
Mühafizəçi məşhur futbolçunu tanımayıb
89 baxış

Mühafizəçi məşhur futbolçunu tanımayıb hotelə buraxmadı

İspaniya millisinin hücumçusu Borja İlesias DÇ-2026 zamanı gözlənilməz hadisə ilə üzləşib.

Medianews.az xəbər verir ki, futbolçu ABŞ-nin Çattanuqa şəhərindəki İspaniya millisinin qaldığı hotelə daxil ola bilməyib. Buna səbəb mühafizə əməkdaşlarının onu tanımaması olub.

Məlumata görə, İqlesiasın üzərində giriş icazəsini təsdiqləyən vəsiqə də olmayıb. Nəticədə forvard hotelə buraxılmayıb və millinin nümayəndələri ilə əlaqə saxlamalı olub.

Daha sonra məsələ həll olunub və futbolçu komandanın düşərgəsinə daxil ola bilib.

Medianews.az

Bizə qoşulun