İyunun 19-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 80,06 dollara satılır. Medianews.az bildirir ki, bu, ayın siftəsindən 24 dollardan çox aşağı qiymətdir.
2026-cı ilin dövlət büdcəsində bir barrel neft 65 dollardan götürülüb. “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58 dollarla başlayıb.
Neft fevralın 28-də İran ətrafında gərginlik dalğasında bahalaşıb. Gərginlik səngidikcə qiymətlər enməyə başlayıb.