Dağıstan və dağıstanlılar üçün çətin vaxtlarda – Böyük Vətən müharibəsi illərində respublikaya başçılıq edən və Şimali Qafqazın başqa xalqlarından fərqli olaraq dağıstanlıların repressiyalara və deportasiyalara məruz qalmaması naminə çox iş görən mənim babam Əziz Əliyevi xatırlamaya bilmərəm. Bilirəm ki, Əziz Əliyevin xatirəsi Dağıstanda çox əziz tutulur və onun inkişafa verdiyi töhfələr, ən əsası isə müharibənin çox çətin dövründə respublikaya rəhbərlik etməsi və xoş izlər qoyması, əlbəttə ki, bizim üçün və onun nəvəsi kimi mənim üçün qürur mənbəyidir.
Medianews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edərkən deyib.