"Real Madrid" “Barselona”nın futbolçusu Pedrinin xidmətində maraqlıdır.
Medianews.az xəbər verir ki, “Real” futbolçunu gələn mövsümün sonunda transfer etmək istəyir. "ElDesmarque"dən Siro Lopesin sözlərinə görə, transferin yaratdığı çətinliklərə baxmayaraq, "Real Madrid"in prezidenti Florentino Perez ispan yarımmüdafiəçini razı salmağa çalışacaq. Xəbərdə deyilir ki, məqsəd təkcə “Real”ı gücləndirmək deyil, həm də, “Barselona”nın əvəzolunmaz futbolçusunu rəqibin əlindən almaqdır.
Qeyd edək ki, Pedrinin “Barselona” ilə müqaviləsi 2030-cu ildə yekunlaşır. Onun sərbəst qalma məbləği 1 milyard avro təşkil edir.