Medianews.az
Xarkovda fövqəladə vəziyyət
60 baxış

Xarkovda fövqəladə vəziyyət elan edildi

Xarkov vilayətinin hakimiyyət orqanları regional fövqəladə vəziyyət elan edib. Bu tədbirlər Rusiya ordusunun davam edən zərbələri və çətin enerji vəziyyəti səbəbindən görülüb.

Medianews.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov Teleqram səhifəsində məlumat verib.

Sinequbov bildirib ki, Xarkov vilayətinin enerji infrastrukturu daim atəşə tutulur. Çətin vəziyyəti nəzərə alaraq, Xarkov vilayətinin enerji sektorunda regional fövqəladə vəziyyət elan edilməsi qərarı verilib.

Bizə qoşulun