Moskva Şəhər Məhkəməsinin qərarı ilə azərbaycanlı tələbələr tərəfindən yaradılmış VBON – Ümumxalq Rifahı Naminə təşkilatı “ekstremist fəaliyyətlə əlaqəli qurum” kimi tanınıb.
Medianews.az xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.
Qərara əsasən, bu barədə təşkilatın fəaliyyəti Rusiya ərazisində qadağan edilir, onun adı müvafiq siyahılara daxil olunur və strukturlarının fəaliyyəti dayandırılır.
Məhkəmə qərarının hüquqi nəticələrinə görə, təşkilatın fəaliyyətində iştirak, onun simvollarının yayılması, adından çıxış edilməsi və ya maliyyələşdirilməsi inzibati və ya cinayət məsuliyyəti yarada bilər. Həmçinin təşkilatla bağlı informasiya materiallarının yayılması da qanunvericilik çərçivəsində məhdudlaşdırıla bilər.
Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən hər hansı qurumun “ekstremist” kimi tanınması barədə qərar məhkəmə instansiyası tərəfindən qəbul edilir və qərar qüvvəyə mindikdən sonra həmin təşkilatın fəaliyyəti tam şəkildə qadağan olunur. Bu cür qərarlar adətən prokurorluq və ya digər hüquq-mühafizə orqanlarının müraciəti əsasında çıxarılır.