Qazaxıstanda konstitusiyanın mətninin dəyişdirilməsi, yeni redaktədə tərtib olunması prosesi gedir.
Proses Prezident Qasım-Jomart Tokayevin təşəbbüsü ilə start götürüb.
Medianews.az xəbər verir ki, yeni konstitusiya layihəsində dövlət dili kimi yalnız bir dil - qazax dili nəzərdə tutulur, rus dilinin isə onunla yanaşı rəsmi şəkildə istifadə olunmasına icazə verilir.
Hazırda Qazaxıstan Konstitusiyasının 9-cu maddəsinə əsasən, qazax və rus dilləri bərabər şəkildə (“тең” – yəni tən, bərabər) dövlət dili sayılır.
Yeni layihədə isə “тең” sözü “қатар” (“yanaşı”) sözü ilə əvəz edilir.
Konstitusiya layihəsində həmçinin birpalatalı parlament sisteminə keçid nəzərdə tutulur.