İyunun 11-dən ABŞ, Kanada və Meksikada keçirilən 23-cü dünya futbol çempionatının qrup mərhələsində ikinci tur oyunları davam edir.
İyunun 20-də C qrupunda Şotlandiya Mərakeşlə, Braziliya Haiti ilə, D qrupunda Türkiyə Paraqvayla, E qrupunda Almaniya Fil Dişi Sahili ilə, F qrupunda Niderland İsveçlə qarşılaşacaq.
Medianews.az xəbər verir ki, oyunlar Bakı vaxtıyla bu saatlarda start götürəcək:
saat 02:00 Şotlandiya - Mərakeş
saat 05:00 Braziliya - Haiti
saat 08:00 Türkiyə - Paraqvay
saat 21:00 Niderland - İsveç
saat 24:00 Almaniya - Fil Dişi Sahili.
Çempionatda 48 komanda iştirak edir. Komandalar 12 qrupa bölünüb. Qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq.
Xallar bərabər olanda komandaların öz arasındakı oyunun nəticəsi əsas götürülür. Qalan meyarlar bunlardır: top fərqi, qol sayı, ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı kartlar), komandanın FİFA-nın cari reytinqində yeri.
Qrup mərhələsi iyunun 28-də bitir. 1/16 final 28 iyun-4 iyula, 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.