Medianews.az
UFC Tahir Abdullayevi
142 baxış

UFC Tahir Abdullayevi SEÇDİ

Azərbaycanlı idmançı Tahir Abdullayev (21-3) UFC təşkilatı ilə müqavilə imzalayıb və UFC FIGHT NIGHT: FIZIEV vsTORRES turnirinin iştirakçısı olacaq.

Medianews.az xəbər verir ki, yarımorta çəki dərəcəsində onun rəqibi braziliyalı Ceferson Nasimento olacaq.

Tahir Abdullayev UFC ilə müqavilə imzalayan beşinci azərbaycanlı döyüşçü olub.

UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq.

Gecənin əsas döyüşündə Azərbaycanlı  təmsilçi Rafael Fiziev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. 

İkinci-əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin “Shara Bullet” Maqomedov Michel Pereira ilə vuruşacaq.

Turnir çərçivəsində daha iki azərbaycanlı döyüşçü - Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar.

Onların rəqibləri uyğun olaraq braziliyalı Mateus Kamilo və ABŞ-lı ErikNolan olacaqlar.

Bu yay keçiriləcək ən möhtəşəm idman hadisələrindən birini qaçırmayın! Biletləri iticket.az saytından əldə edə bilərsiniz.

Bizə qoşulun