Avstriya millisinin müdafiəçisi Ştefan Poş dünya çempionatının qrup mərhələsinin ilk turunda İordaniya yığmasına qarşı keçirilən oyunda çənəsini sındırıb.
Bu barədə Avstriya Futbol İttifaqı X sosial şəbəkəsində məlumat yayıb.
İyunun 16-da ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında mübarizəyə başlayan Avstriya millisi ilk oyunda İordaniyanı 3:1 hesabı ilə məğlub edib.
Ştefan Poş həmin görüşdə 90 dəqiqə meydanda olub. Lakin sonradan aparılan tibbi müayinə zamanı onun çənəsinin sındığı məlum olub. Qeyd olunub ki, zədə kompüter tomoqrafiyası (KT) müayinəsi ilə təsdiqlənib.
Bununla belə, futbolçunun əməliyyata ehtiyacı olmadığı vurğulanıb. Hazırda müdafiəçi üçün sağalma prosesini dəstəkləmək məqsədilə xüsusi çənə şinası hazırlanır. Hələlik Ştefan Poşun iyunun 22-də dünya çempionatının ikinci turunda Argentina millisinə qarşı keçiriləcək oyunda meydana çıxıb-çıxmayacağı məlum deyil.
29 yaşlı müdafiəçi indiyədək Avstriya millisinin heyətində 53 oyun keçirib və 5 qol vurub./lent.az