Medianews.az
18 yaşlı futbolçu oyun zamanı öldü -
51 baxış

18 yaşlı futbolçu oyun zamanı öldü - FOTO

Kolumbiyanın "Milyonarios" klubunun gənclər komandasının 18 yaşlı futbolçusu Santyaqo Kastrilyon matç zamanı huşunu itirdikdən sonra ölüb.

Medianews.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, idmançı 20 yaşadək futbolçular (U-20) arasında keçirilən yarış zamanı huşunu itirib. Ona dərhal komandanın həkimləri tərəfindən yardım göstərilib. Bundan sonra o, kardiologiya üzrə ixtisaslaşdırılmış xəstəxanaya çatdırılıb:

“Həkimlərin səylərinə baxmayaraq, Santyaqonun həyatını xilas etmək mümkün olmayıb”.

Qeyd edilir ki, gənc futbolçu yanvarda Boqotada Kolumbiyanın 19 yaşadək milli komandasının (U-19) toplanışına dəvət olunubmuş.

Bizə qoşulun