Medianews.az
200 il sonra
69 baxış

200 il sonra geri qayıtdı

Braziliyada ara cinsinə aid ən iri tutuquşu növlərindən olan, parlaq rəngləri, yüksək zəkası və uzunömürlülüyü ilə tanınan “Ara chloropterus” (yaşıl qanadlı ara və ya qırmızı-yaşıl ara) quşları 200 ildən sonra yenidən təbiətdə çoxalmağa başlayıb.

Medianews.az xəbər verir ki, bu hadisə Atlantik meşələrinin bərpası üçün mühüm ekoloji uğur kimi qiymətləndirilir.

Məlumata görə, bu növ əvvəllər Braziliyada geniş yayılıb, lakin zamanla qanunsuz ov səbəbilə sahil bölgələrindən tamamilə yox olub.

2022-ci ildə Braziliya ətraf mühit qurumu reintroduksiya proqramı başladıb. Nəticədə əsirlikdə saxlanılan 35 quş xüsusi şəraitdə təbiətə uyğunlaşdırılaraq sərbəst buraxılıb.

Bir neçə ay sonra təbiətə buraxılan quşlardan ikisinin balaları yumurtadan çıxıb. Alimlər bunu növün təbiətdə uğurla bərpa olunmasının ilk sübutu kimi qiymətləndirirlər.

Medianews.az

Bizə qoşulun