Medianews.az
Atəşkəsin ilk günündə Azərbaycan neftinin qiyməti
293 baxış

Atəşkəsin ilk günündə Azərbaycan neftinin qiyməti

Aprelin 8-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 140,68 dollara satılır.

2026-cı ilin dövlət büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35 dollarla başlayıb.

Medianews.az bildirir ki, neft ABŞ və İsrailin İrana qarşı fevralın 28-dən apardığı hərbi əməliyyatlar dalğasında kəskin bahalaşıb. Bakı vaxtı ilə aprelin 8-nə keçən gecə ABŞ və İran arasında atəşkəs razılaşması əldə olunub. Aprelin 10-da Pakistanın paytaxtı İslamabadda Vaşinqtonla Tehran arasında danışıqların ilk mərhələsi start götürəcək.

Əldə olunmuş atəşkəs razılaşmasının neft qiymətlərini aşağı salacağı gözlənir.

Medianews.az

Bizə qoşulun