Medianews.az
Tramp İranı yenə
154 baxış

Tramp İranı yenə hədələdi

ABŞ Prezidenti Donald Trump bildirib ki, İranla əldə olunan razılaşma olmasaydı, dünyada “qlobal depressiya” baş verə bilərdi.

İran və ABŞ iyunun 19-da İsveçrədə imzalanmalı olan memorandumu artıq razılaşdırıblar. Gözlənilir ki, bu memorandum Hormuz boğazının açılmasına imkan verəcək. İran Xarici İşlər Nazirliyi qeyd edib ki, memorandum imzalandıqdan sonra Tehran və Vaşinqton yekun sazişin hazırlanması üçün 60 gün ərzində danışıqlar aparmalıdırlar.

Medianews.az xəbər verir ki, Tramp iyunun 17-də bildirib ki, əgər Tehran razılaşmanın şərtlərinə uyğun davranmasa, Vaşinqton İrana qarşı zərbələri yenidən bərpa edəcək.

“Bu, qarşılıqlı anlaşma memorandumudur. Əgər onlar lazımi şəkildə davranmasalar, biz dərhal onların başı üzərinə yenidən bombalar yağdırmağa qayıdacağıq”

Tramp həmçinin ABŞ ilə İran arasında münaqişənin nizamlanması çərçivəsində 300 milyard dollarlıq özəl investisiya fondunun yaradılması barədə mediada yayılan məlumatları təkzib edib.

O, Fransada keçirilən G7 sammiti zamanı jurnalistlərə deyib:

“Bu doğru deyil. Biz investisiya etmirik və belə bir fondumuz yoxdur".//Modern.az

Bizə qoşulun