Medianews.az
Ayşe Barıma 12 il 6 ay azadlıqdan məhrumetmə cəzası verildi
68 baxış

Ayşe Barıma 12 il 6 ay azadlıqdan məhrumetmə cəzası verildi

"Gezi Parkı" etirazlarının təşkilatçılarından biri olmaqda ittiham olunan menecer Ayşe Barıma 12 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

BAKU.WS xəbər verir ki, prokurorluq cinayətin hüquqi tövsifini dəyişdirərək Barım barəsində ağırlaşdırılmış ömürlük həbs cəzası tələb etmişdi.

İstanbul 26-cı Ağır Cinayətlər Məhkəməsi Barımı "Türkiyə hökumətini devirməyə cəhdə yardım etmə" maddəsi ilə təqsirli bilərək ona 12 il 6 ay azadlıqdan məhrumetmə cəzası verib.

Qeyd olunur ki, Barım ölkədən çıxışına qadağa qoyulmaq şərti ilə sərbəst buraxılacaq.

İstanbul 26-cı Ağır Cinayətlər Məhkəməsində saat 10:00-da başlayan məhkəmədən əvvəl prokuror iş üzrə yekun mütaliəsini məhkəməyə təqdim edib.

Prokuror Barım barəsində "Türkiyə hökumətini devirməyə və ya onun vəzifələrini yerinə yetirməsinə mane olmağa cəhdə yardım etmə" ittihamı ilə cəza tələb olunduğunu xatırladıb.

Barım isə, "Mən günahsızam. Ürək əməliyyatı keçirmişəm, qarşınızda ürək pili ilə dayanmışam" deyə bildirib.

Bizə qoşulun