Medianews.az
Döyüşlərə qatılmamaq üçün hərbçilərdən belə qaçdı -
55 baxış

Döyüşlərə qatılmamaq üçün hərbçilərdən belə qaçdı - ANBAAN VİDEO

Ukraynanın Odessa şəhərində hərbi yaşda olan bir kişi səfərbərlik qrupları ilə qarşılaşdıqdan sonra hadisə yerindən qaçıb.

Medianews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə küçədə patrul aparan çağırış əməkdaşları ilə bir kişi arasında qısa qarşıdurma yaşandığı görünür.

Mübahisə zamanı kişinin gödəkçəsi yerə düşür. Daha sonra o, izdihamdan istifadə edərək ərazidən uzaqlaşmağa nail olur.

Hadisənin hansı tarixdə baş verdiyi və şəxsin sonrakı taleyi barədə rəsmi açıqlama verilməyib. Videonun yayılması isə sosial mediada geniş müzakirələrə səbəb olub.

Sözügedən görüntüləri təqdim edirik.

Medianews.az

Bizə qoşulun