Medianews.az
"iPhone17"də daha bir problem üzə çıxdı -
71 baxış

"iPhone17"də daha bir problem üzə çıxdı - FOTO

İstifadəçilər bu dəfə də iPhone 17-də çat problemindən şikayətlənir.

Milli.Az xəbər verir ki, iPhone 17 modellərində yeni problem gündəmə gəlib. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə telefonun kameralarını əhatə edən korpus hissəsində çatların yarandığı iddia olunur.

İstifadəçilərin sözlərinə görə, problem əsasən metal və şüşə hissələrin birləşdiyi nöqtələrdə müşahidə olunur. Bu vəziyyət bəzi cihazlarda kosmetik zədələrə səbəb olaraq narahatlıq yaradıb.

Qeyd edək ki, daha əvvəl iPhone 17 modellərində rəng dəyişməsi ilə bağlı şikayətlər də səsləndirilmişdi. Yeni ortaya çıxan bu çat probleminin alüminium korpusla əlaqəli olub-olmadığı isə müzakirə mövzusudur.

Hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Bizə qoşulun