İstanbulda bələdiyyə polis maşını dənizə düşüb.
Medianews.az xəbər verir ki, hadisə İstanbulun Bakırköy rayonunda baş verib.
İstanbul Büyükşehir Belediyesi-nə məxsus bələdiyyə polis mikroavtobusu patrul xidməti zamanı Aytekin Kotil Parkının ərazisində idarəetməni itirərək körpünün maneələrinə çırpılıb və dənizə düşüb.
Təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntülərdə avtomobilin manevr etdikdən sonra nəzarətdən çıxaraq suya düşdüyü əks olunur. Videoda yaxınlıqda olan vətəndaşların panika içində hadisə yerinə doğru qaçdığı da görünür.
Maşının bir hissəsi suya batıb. İçəridə olan iki zabit isə öz gücləri ilə sudan çıxmağa müvəffəq olublar. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürmə, polis, təcili tibbi yardım və bələdiyyə polis briqadaları cəlb edilib. Zabitlərə ilkin tibbi yardım göstərilib.
Daha sonra mikroavtobus xüsusi texnika vasitəsilə dənizdən çıxarılıb.
Medianews.az