Sosial mediada yayılan görüntülərdə TikTok platformasında tanınan Hülya Mizgin, Karagül Çağlayan və Yıldırımın Dubayda xarici turistlərlə mübahisə etdiyi əks olunub.
Medianews.az xəbər verir ki, hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Şifahi mübahisənin qısa müddət sonra fiziki qarşıdurmaya çevrildiyi bildirilir. Mobil telefon kamerası ilə qeydə alınan kadrlarda tərəflərin bir-birinə təpik və yumruq vurduğu, bəzi şəxslərin yerə yıxıldığı və ərazidə gərginliyin artdığı görünür.
Görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.
Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanlarının mövqeyi barədə hələlik rəsmi açıqlama verilməyib.
Medianews.az