Silahlı şəxs idman zalına hücum edib.
Medianews.az xəbər verir ki, sözügedən hadisənin hansı ölkədə çəkildi hələlik məlum deyil.
Hadisənin görüntüləri sosial mediada yayılıb.
Təhlükəsizlik kameralarına düşən görüntülərdə üzünü gizlətmək üçün dəbilqə taxmış və silah daşıyan bir şəxsin idman zalına daxil olaraq məşq edən şəxsə atəş açdığı əks olunub. Hücum anı saniyə-saniyə qeydə alınıb.
Kadrlarda şübhəlinin zala sürətlə daxil olduğu, hədəfə yaxınlaşaraq ardıcıl şəkildə bir neçə dəfə atəş açdığı görünür. Hadisə zamanı zaldakı digər şəxslərin təşviş içində ərazini tərk etdiyi bildirilir.
Hücumdan sonra silahlı şəxs hadisə yerindən qaçıb. Onun saxlanılıb-saxlanılmadığı barədə hələlik rəsmi məlumat verilməyib.
Sözügedən hadisənin görüntülərini təqdim edirik.
Medianews.az