Medianews.az
Nərimanın transfer dəyəri
118 baxış

Nərimanın transfer dəyəri 2 dəfə artdı

Xəbər verdiyimi kimi, “Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin ABŞ-ın MLS liqasında çıxış edən “Kolambus Kryu”ya transfer olundu.

Ohayo təmsilçisi 22 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq müqavilə imzaladı.

Medianews.az Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ klubu rəsmi sosial media hesablarında Azərbaycanlı futbolçunun fanatlarına təqdim edib.

“Kolambus Kryu”un baş meneceri İssa Tall palaşımında, “Nəriman komandamıza əlavə bir ölçü qatacaq fərqli bacarıq dəsti gətirir. Onun texniki keyfiyyətləri və yüksək iş tempi oyun üslubumuza çox uyğundur.

Gənc yaşına baxmayaraq, Nəriman artıq ölkə daxilində, Avropa səviyyəsində və milli komandada dəyərli təcrübə qazanıb. Onu “Columbus”da salamlamaqdan məmnunuq və klubumuzda inkişafını səbirsizliklə gözləyirik”, - yazıb.

ABŞ klubu futbolçu üçün ağdamlılara 2.5 milyon avro ödəyəcək.

Qeyd edək ki, bu transferdən sonra azərbaycanlı futbolçunun transfermarkt.com-dakı dəyəri iki dəfə bahalaşaraq 2.5 milyon avro olub. Bu rəqəm bir ay əvvəl 1.2 milyon idi.

Bizə qoşulun