Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.
Medianews.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçında "Zirə" öz meydanında "Sumqayıt"a 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Zirə İdman Kompleksinin stadionunda qolları David Volkov (27) və Ceyhun Nuriyev (88) vurublar.
"Gənclik şəhəri" təmsilçisi qarşılaşmanı 10 nəfərlə başa vurub. 84-cü dəqiqədə Nikola Ninkoviç qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.
Xatırladaq ki, tərəflər arasında baş tutan ilk matçda qapılara qol vurulmamışdı.
Qeyd edək ki, 1/4 final mərhələsi martın 5-də başa çatacaq.