İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.
APA "Tasnim"ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 51-ə çatıb, 60 yaralı var.
15:55
İranın cənubunda yerləşən Minab şəhərində ibtidai qızlar məktəbinə endirilən zərbə nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb, 48 məktəbli isə yaralanıb.
Musavat.com xəbər verir ki, hadisə dərs vaxtı baş verib. Zərbə nəticəsində məktəb binası ciddi dağıntılara məruz qalıb, şagirdlər dağıntılar altından çıxarılıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin hansı silah və ya əməliyyat çərçivəsində baş verdiyi ilə bağlı rəsmi açıqlamalar hələ dəqiqləşdirilir. İran rəsmiləri hücumu mülki obyektə qarşı ağır cinayət adlandırıb.
Bölgədə xilasetmə işləri davam edir. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.