Tennisçi Adolf Daniel Vallexo “Rolan Qarros” turnirində 65 min dollar cərimələnib.
Paraqvaylı turnirin 1/32 finalında Moazu Koameyə məğlub olmuş və “bu kimi matçları kişilər idarə etməlidir” demişdi.
Vallexonun sözlərinə görə, qadın hakim tribunaların təzyiqi altında beş setlik matçda qərar verə bilməyib.
Bu qeyd seksist hesab edilib, ona görə də Vallexo turnirin ikinci mərhələsinə çıxdığı üçün əldə etdiyi mükafatın təxminən yarısından imtina edəcək./publika.az