Medianews.az
“Muhteşem Yüzyıl Kösem”in aktyoru ÖLDÜ -
442 baxış

“Muhteşem Yüzyıl Kösem”in aktyoru ÖLDÜ - FOTO

İstanbulda güclü külək nəticəsində aşan ağacın altında qalaraq ağır xəsarət alan və aylardır reanimasiyada müalicə olunan gənc aktyor İbrahim Yıldız vəfat edib.

Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki, 27 yaşlı aktyor Marmara Universiteti Pendik Təlim və Araşdırma Xəstəxanasında altı ay davam edən müalicəyə baxmayaraq, həyatını itirib.

Hadisə bir müddət əvvəl İstanbulun Kartal rayonunda baş vermişdi. Güclü külək səbəbindən aşan ağacın altında qalan aktyor ağır yaralanmış və xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Yıldızın ölüm xəbərini həmkarı Caner Topçu sosial media hesabında açıqlayıb.

Qeyd edək ki, bir müddət əvvəl aktyorun bacısı Ela Altınay qardaşının qana ehtiyacı olduğunu bildirmiş və ictimaiyyətə müraciət etmişdi. Qan qısa müddətdə təmin olunmuşdu. Daha sonra onun yenidən əməliyyat olunacağı açıqlanmışdı.

26 may 1998-ci ildə anadan olan İbrahim Yıldız incəsənətə marağı ilə seçilib. Təsviri incəsənət və interyer memarlığı üzrə təhsil alan aktyor ilk dəfə 2015-ci ildə kamera qarşısına keçib. O, "Muhteşem Yüzyıl Kösem" serialında "Lagari Hasan Çelebi" obrazı ilə geniş tamaşaçı auditoriyasının diqqətini cəlb etmişdi.

Bizə qoşulun