Medianews.az
Bu stadiona 130 milyon
172 baxış

Bu stadiona 130 milyon manat xərclənib

Gənclər və İdman Nazirliyi "İnşaatçı 3" şirkəti ilə satınalma müqaviləsi bağlayıb.

Medianews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilədə Gəncə şəhər stadionunun yenidən qurulması üzrə işlərin davam etdirilməsi işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 2 816 685,91 manat təşkil edir. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.

"İnşaatçı 3" MMC 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 20, qapı 1,2,3-də yerləşir. Şirkətin qanuni təmsilçisi Siraclı Qeys Məmməd oğludur.

"İnşaatçı 3" MMC haqqında açıq mənbələrdə əlavə məlumatlar yoxdur. Şirkətin internet səhifəsi və əlaqə telefonlarına rast gəlinmir. Qeys Siraclı barəsində də hər hansı məlumat gözə dəymir.

Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı Gənclər və İdman Nazirliyi ilə "İnşaatçı 3" MMC arasında bu müqavilə də daxil 129 233 351,90 manatlıq satınalma müqaviləsi imzalanıb.

Bizə qoşulun