Aprelin 3-də “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinə 141,68 dollar qiymət qoyulub.
Medianews.az bildirir ki, 2026-cı ilin dövlət büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35 dollarla başlayıb.
Neft ABŞ və İsrailin İrana qarşı fevralın 28-dən apardığı hərbi əməliyyatlar dalğasında kəskin bahalaşır.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.