Gəncədə gənc oğlan bıçaqlanıb.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Röyal Məmmədovun tanımadığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.
O, bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta ağır olduğu qeyd olunur.
Faktla bağlı araşdırma başlanılıb.
***
Gəncədə bıçaqlanan şəxs xəstəxanada ölüb. Həkimlərin səylərinə baxmayaraq, 25 yaşlı R.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
***
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Murad Hacıyev saxlanılaraq istintaqa təhvil verilib./Qafqazinfo.az/