Çində körpü uçub.
Medianews.az xəbər verir ki, bu barədə Bakıvaxtı.az məlumat yayıb.
Hadisə ölkənin şərqində yerləşən Ciansu əyalətində qeydə alınıb. Belə ki, körpünün uçması nəticəsində azı iki nəfər həlak olub, üç nəfər itkin düşüb.
Hadisə fevralın 2-də axşam saatlarında Yançenq şəhərində baş verib. Tikintisi davam edən dəmir yolu körpüsü uçub.
Körpünün uçmasına səbəb olan hallar araşdırılır.