Medianews.az
Hidayət Heydərov "Böyük Dəbilqə"dən kənarda qaldı -
97 baxış

Hidayət Heydərov "Böyük Dəbilqə"dən kənarda qaldı - SƏBƏB

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməyib.

Musavat.com xəbər verir ki, olimpiya çempionu 1/16 finalda Usuxcarqal Altaibaatar (Monqolustan) ilə görüşə çıxmayıb.

H.Heydərovun hansı səbəbdən yarışdan kənarda qaldığı hələlik bəlli deyil.

Bu gün mübarizəyə qoşulan Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) ilkin raundlarda məğlub olublar.

Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur. Ötən gün Balabəy Ağayev (60 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.

Bizə qoşulun