Medianews.az
Göygöldə mikroavtobus aşdı,
92 baxış

Göygöldə mikroavtobus aşdı, yaralılar var

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolda hərəkətdə olan "QAZel" markalı mikroavtobus qəfil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində xəsarət alan 4 sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun