Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakının bir sıra küçə və prospektlərində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək.
Medianews.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, müvəqqəti xüsusi hərəkət zolaqları Heydər Əliyev prospekti - Aerport şosesi, Abbasqulu ağa Bakıxanov, Mehdi Abbasov, Mikayıl Əliyev, Yusif Səfərov, Mikayıl Müşfiq küçələrində yaradılacaq.
Bu zolaqlar müvafiq yol nişanı quraşdırıldıqdan sonra qüvvədə olacaq. Yəni nişan olmadığı müddətdə bütün nəqliyyat vasitələri zolaqdan istifadə edə bilər.
Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.
