Medianews.az
Elektrik montyorunu cərəyan
138 baxış

Elektrik montyorunu cərəyan vuraraq öldürüb

Cəlilabad rayonunda elektrik montyorunu cərəyan vuraraq öldürüb.

Medianews.az xəbər verir ki, hadisə rayonun Mirzəli kəndi ərazisində baş verib.

Rayonun Qarakazımlı kənd sakini, 1982-ci il təvəllüdlü hava-xətt montyoru Fariz Məmmədov kənd ərazisindəki elektrik dirəyində təmir-bərpa işləri apararkən elektrik cərəyanı vurub.

Hadisə nəticəsində elektrik dirəyindən yıxılan F.Məmmədov orada ölüb.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

Bizə qoşulun