Medianews.az
DÇ-2026:
135 baxış

DÇ-2026: Sabahkı oyunlar

İyunun 19-u XXIII dünya futbol çempionatının qrup mərhələsində üç qarşılaşma olacaq.

Medianews.az xəbər verir ki, oyunlar Bakı vaxtıyla bu saatlarda başlanacaq:

B qrupu, saat 02:00 Kanada - Qətər

A qrupu, saat 05:00 Meksika - Cənubi Koreya

D qrupu, saat 23:00 ABŞ - Avstraliya.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi çempionat iyunun 11-də başlayıb. Çempionatda 48 komanda iştirak edir. Komandalar 12 qrupa bölünüb.

Qrup mərhələsində birinci tur artıq bitib və 24 oyunda 75 qol vurulub. Birinci turda bombardirlər siyahısında argentinalı Lionel Messi 3 qolla öndə olub. Onu hərəyə 2 qolla yeddi oyunçu təqib edib. Beş avtoqol qeydə alınıb.

Çempionluğa iddialı sayılan komandaların dördü ilk turu zəfərlə başa vurub: Almaniya – Kürasao 7:1, Fransa – Seneqal 3:1, Argentina – Əlcəzair 3:0, İngiltərə – Xorvatiya 4:2.

Daha dörd favorit xalları bölüb: Braziliya – Mərakeş 1:1, Niderland – Yaponiya 2:2, İspaniya – Kabo Verde 0:0, Portuqaliya – Konqo DR 1:1.

Qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq.

Xallar bərabər olanda komandaların öz arasındakı oyunun nəticəsi əsas götürülür. Qalan meyarlar bunlardır: top fərqi, qol sayı, ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı kartlar), komandanın FİFA-nın cari reytinqində yeri.

Qrup mərhələsi iyunun 28-də bitir. 1/16 final 28 iyun-4 iyula, 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.

Medianews.az

Bizə qoşulun