Medianews.az
Bayrağımızın mənasını bilmirlər -
142 baxış

Bayrağımızın mənasını bilmirlər - Müğənniləri tənqid etdi

Əməkdar artist Şəbnəm Tapdıq bəzi həmkarlarını tənqid edib.

Medianews.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi bəzi ifaçıların üçrəngli bayrağımızın mənasından xəbərsiz olduğunu bildirib:

"Bəzən ifaçılardan Azərbaycan bayrağındakı rənglərin nəyi tərənnüm etdiyini soruşuram, bilmirlər. Ayıb deyil? Azərbaycan vətəndaşı hər şeydən əvvəl bayrağımızın mənasını bilməlidir. Məşhur adam, müğənni bunu bilməlidir. Mən hətta türkün bayrağının necə yarandığını da bilirəm. Səfərlərə gedəndə mənə deyirdilər ki, ərizəmi yaz".//Axşam.az 

Bizə qoşulun