Medianews.az
“iPhone 18 Pro”nun qiyməti
136 baxış

“iPhone 18 Pro”nun qiyməti belə olacaq

“Apple”ın payızda təqdim edəcəyi “iPhone 18 Pro”nun başlanğıc qiymətinin 1299 dollar olacağı gözlənilir. Bu, “iPhone 17 Pro” ilə müqayisədə 200 dollar çoxdur.

Medianews.az bildirir ki, qiymət artımı əsasən operativ və daxili yaddaş çiplərinin bahalaşması, həmçinin yeni texnologiyaların tətbiqi ilə əlaqələndirilir.

Mütəxəssislərin hesablamalarına görə, cihazın maya dəyəri 582 dollardan 726 dollara qədər yüksələ bilər.

“Apple” rəhbəri Tim Cook də yaddaş çiplərinin bahalaşmasının qiymətlərə təsir etdiyini etiraf edib.

Buna görə şirkətin əlavə xərclərin bir hissəsini alıcıların üzərinə yönəltməsi gözlənilir.

Bizə qoşulun