Yeşilçamın sevilən filmlərindən olan "Garip"də Fatoş obrazını canlandıran Ece Alton illər sonra yenidən gündəmə gəlib.
Medianews.az xəbər verir ki, 1986-cı ildə çəkilən filmdə mərhum aktyor Kemal Sunal ilə birlikdə kamera qarşısına keçən Ece Alton uşaqlıq yaşlarında canlandırdığı Fatoş rolu ilə tamaşaçıların yaddaşında qalmışdı.
İllər sonra ortaya çıxan son görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Məlumata görə, uzun illərdir ekranlardan uzaq həyat yaşayan Ece Altonun son görüntüləri nostalji hisslər yaradıb. Vaxtilə Türkiyənin ən tanınmış uşaq aktyorlarından biri olan Altonun dəyişimi izləyicilər arasında geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Ece Alton "Garip" filmində Kemal Sunalın canlandırdığı obrazın qızı Fatoş rolunu ifa etmişdi. Film Türkiyə kinosunun klassik ekran əsərləri sırasında yer alır.
Medianews.az
