2022-ci il Dünya Çempionatında tribunadakı görüntüləri ilə dünya mediasının diqqətini çəkən xorvatiyalı model Ivana Knöll yenidən gündəmə gəlib.
Medianews.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il Dünya Çempionatının oyunlarından birində tribunada görüntülənən məşhur model yenidən fotoqrafların diqqət mərkəzinə düşüb.
O, azarkeşlərlə birlikdə matçı izləyərkən çəkilən görüntülərini sosial şəbəkə hesablarında da paylaşıb.
Qətərdə keçirilən 2022-ci il Dünya Çempionatında geyim tərzi ilə geniş müzakirələrə səbəb olan Ivana Knöll həmin turnirdən sonra milyonlarla izləyici qazanmışdı. 2026-cı il mundialında yenidən tribunada görünməsi sosial şəbəkələrdə maraqla qarşılanıb.
Medianews.az
