Medianews.az
71 yaşlı aktrisa illərə meydan oxuyur -
90 baxış

71 yaşlı aktrisa illərə meydan oxuyur - FOTOLAR

Türk kinosunun əfsanəvi simalarından olan Gülşən Bubikoğlu sosial şəbəkədə paylaşdığı son fotosu ilə yenidən gündəmə gəlib.

Medianews.az xəbər verir ki, 71 yaşlı sənətçi istirahətdən paylaşdığı şəkli izləyicilərinin ixtiyarına verib.

Təbii görünüşü və illərə meydan oxuyan görünüşü ilə diqqət çəkən Bubikoğlu qısa zamanda çoxsaylı bəyənmə və şərhlər toplayıb.

Yeşilçamın unudulmaz ulduzlarından biri hesab olunan aktrisanın paylaşımına izləyicilər tərəfindən "illərə meydan oxuyur", "gözəlliyindən heç nə itirməyib" kimi rəylər yazılıb.

Qeyd edək ki, Gülşən Bubikoğlu "Ah Nerede", "Gırgıriye", "Alev Alev", "Yaz Bekarı" və digər məşhur filmlərdəki rolları ilə milyonlarla tamaşaçının sevgisini qazanıb.

Medianews.az


















Bizə qoşulun