Ukrayna Prezidenti Vladimir Zelenski may ayına qədər respublikada seçkilərin keçirilməsi planları barədə "ilk dəfə eşitdiyini" söyləyib.
Medianews.az xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Bunu ilk dəfə eşidirəm. Seçki məsələsi müxtəlif tərəfdaşlar tərəfindən qaldırılır. Ukraynanın özü bunu heç vaxt qaldırmayıb, amma təbii ki, biz seçkilərə hazırıq, demişəm. Bu, çox sadədir. Atəşkəsə nail olun və seçkilər olacaq. Deməli, bu, təhlükəsizlik məsələsidir", - deyə Ukrayna lideri bildirib.