Medianews.az
“Kıskanmak” son üç seriyaya görə
59 baxış

“Kıskanmak” son üç seriyaya görə cərimələndi

Türkiyənin Radio və Televiziya Üst Şurası (RTÜK) “Ay Yapım”ın istehsalı olan və “NOW” kanalında yayımlanan “Kıskanmak” serialını cərimələyib.

Medianews.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qərar milli-mənəvi dəyərlərə, ümumi əxlaqa zidd, ailə institutuna xələl gətirmək kimi əsaslarla verilib.

Serialın 3 bölümündə nikahdankənar münasibətlər və xəyanət mövzularının geniş şəkildə işlənməsini bildirən Şura, kanalın yayım hüququnun 3%-i məbləğində cərimələnməsinə qərar verib.

Belə ki, serialın son bölümlərində Halitin həyat yoldaşı Mükerremin ərinin qardaşından, Nüzhetin arvadı Nalanın isə Nüzhetin qardaşı Halitdən hamilə qaldığı səhnələr göstərilib.

Digər tərəfdən ərindən uşaq sahibi ola bilməyən Şükranın malikanənin sürücüsündən hamilə qalması izləyicilər tərəfindən mənfi qarşılanıb.

Xüsusilə Mükerremin atalıq testindən sonra sevgilisindən hamilə qaldığını öyrəndikdən sonra “Allaha şükürlər olsun” deməsi mənfi reaksiyaları daha da artırıb. Bu səhnələrin ardınca bir çox izləyici sosial şəbəkədə fikirlərini bölüşərək, serialın “Türk ailə quruluşuna xələl gətirdiyini” əsas gətirib, RTÜK-ü tədbir görməyə çağırıb.

Bizə qoşulun