Medianews.az
Braziliyaya ağır zərbə:
89 baxış

Braziliyaya ağır zərbə: Rafinya 1/8 final oyununu buraxır

Braziliya millisinin hücumçusu Rafinya DÇ-2026-nın 1/8 final mərhələsində Norveçə qarşı keçiriləcək matçda meydana çıxa bilməyəcək.

Medianews.az xəbər verir ki, Braziliya yığmasının tibbi heyəti "Barselona"nın ulduzunu mümkün 1/4 final qarşılaşmasına çatdırmağa çalışır. Son məşqdə ümumi qrupdan ayrı çalışan futbolçu sahədə cəmi 30-40 dəqiqə qaldıqdan sonra hazırlığı erkən başa vurub.

Həkimlər onun Norveçlə oyuna qədər sağalacağına ümid etsələr də, cümə axşamı keçirilən son tibbi müayinə futbolçunun bu görüşü mütləq buraxacağını təsdiqləyib.

Medianews.az

Bizə qoşulun