Medianews.az
Bu ölkədə təyyarə qəzaya uğradı:
74 baxış

Bu ölkədə təyyarə qəzaya uğradı: Ölənlər var

Meksikanın Hərbi Dəniz Qüvvələri Nazirliyinə məxsus təyyarə ABŞ-nin Texas ştatının Qalveston şəhəri yaxınlığında eniş zamanı qəzaya uğrayıb.

Sfera.az xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Məlumatda qeyd olunur ki, hadisədən dərhal sonra ABŞ-nin yerli hakimiyyət orqanları ilə koordinasiya şəraitində axtarış-xilasetmə protokolları işə salınıb.

Bildirilir ki, Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə Monterrey şəhərindən Qalvestona tibbi reys həyata keçirirmiş. Təyyarə sıx duman və məhdud görmə şəraiti səbəbindən Skouls Beynəlxalq Hava Limanına eniş zamanı qəzaya uğrayaraq Qalveston körfəzinə düşüb.

Bildirilir ki, təyyarənin göyərtəsində iki pilot və altı sərnişin, o cümlədən bir uşaq olub.

İlkin məlumata görə, ölənlərin sayı 5 nəfərdir.

Bizə qoşulun