Medianews.az
Kişi pələngin
64 baxış

Kişi pələngin qurbanı oldu

Hindistanda 60 yaşlı kişi pələngin qurbanı olub.

Medianews.az xəbər verir ki, bu barədə Metro Vaartha məlumat yayıb.

Məlumata görə, Maran adlı kişi bacısı ilə Vandiqadavu meşəsinə odun yığmağa gediblər. Karnataka ilə sərhəddəki çayın yaxınlığında bir pələng onlara hücum edib. Yırtıcı Maranı tutub və bacısının gözü qarşısında kolluğa sürüyüb. Meşə İdarəsi axtarış-xilasetmə əməliyyatına başladıb. Yaşlı kişi sağ tapılıb, lakin onu xilas etmək mümkün olmayıb.

Yerli sakinlər şöbə binasının qarşısında etiraz aksiyası keçiriblər. Onlar iddia ediblər ki, yırtıcılar əvvəllər də ərazidə mal-qaraya hücum ediblər, lakin rəsmilər heç bir tədbir görməyiblər.

Polis hadisə ilə bağlı cinayət işi açıb.

Medianews.az

Bizə qoşulun